Vaşinqton Dağlıq Qarabağda münaqişədən zərər çəkmiş şəxslərə $5 milyon məbləğində yardım yönəldəcək. Bu barədə çərşənbə axşamı ABŞ Dövlət Departamentindən məlumat verilir.
“ABŞ BQXK və digər beynəlxalq təşkilatların və qeyri-hökumət təşkilatlarından tərəfdaşların fəaliyyətini dəstəkləmək və hərbi əməliyyatlardan zərər çəkmiş şəxslərə yardım məqsədilə $5 milyon məbləğində yardım təqdim edir”, - Dövlət Departamentinin saytında Dağlıq Qarabağda vəziyyətə dair məlumatda deyilir.
Bildirilir ki, “ABŞ Ermənistan və Azərbaycan arasında hərbi əməliyyatların dayandırılmasını alqışlayır”. Bundan başqa, Vaşinqton Dağlıq Qarabağ problemini ATƏT-in Minsk qrupu vasitəsilə həll etməyə çağırır. **