Azərbaycan müstəqil surətdə özünə müttəfiq seçmək hüququna malikdir, heç kəs ona Türkiyə ilə müttəfiqlik münasibətlərinə malik olmağı qadağan edə bilməz. Bunu Rusiya prezidenti Vladimir Putin deyib.
“Azərbaycan müstəqil suveren dövlətdir, Azərbaycan özünə müttəfiq seçmək hüququna malikdir. Kim onları bundan məhrum edə bilər?”, - Putin Rossiya-24 telekanalına müsahibəsində bildirib.
O qeyd edib ki, Azərbaycanda Türkiyənin rolu barədə öncədən birbaşa danışırdılar, “Türkiyə tərəfi də heç vaxt bunu gizlətməyib, birmənalı qaydada Azərbaycanı dəstəkləyib”.
Putinin sözlərinə görə, bu cür vəziyyət – Sovet ittifaqının süqutunun geosiyasi nəticəsidir. **