Azərbaycana 7 rayonun və hər iki tərəfdən qaçqınların qaytarılmasına dair razılığa gəlmək mümkün olsaydı, Dağlıq Qarabağda müharibə baş verməzdi. Bunu RF prezidenti Vladimir Putin deyib.
“Uzun zaman ərzində faktiki olaraq Ermənistanın nəzarəti altında olan 5, daha sonra iki rayonun Azərbaycana qaytarılması məsələsi gündəmdə olub”, - Putin Rossiya-24 telekanalının efirində bildirib.
Putin məlumat verib ki, 2013-cü ildə ATƏT-in Minsk qrupu çərçivəsində “Rusiya, fikrimizcə, sülh prosesinin başlanmasına əsas ola biləcək şərtləri fornalaşdırıb. Yeri gəlmişkən, Minsk prosesinin bütün iştirakçıları, həmsədrlər– Rusiya, Fransa və ABŞ daxil olmaqla, bununla razılaşıblar və dəstəkləyiblər.
Prezident izah edib ki, bu təkliflərin təməlkində birinci mərhələdə Ermənistan tərəfindən nəzarət altında olan 5, daha sonra daha iki rayonun qaytarılması, şərti oalraq “Laçın dəhlizi”adlandırılan, Qarabağı Ermənistanla birləşdirən dəhlizin yaradılması və “son status təsbit etmədən, Dağlıq Qarabağın status-kvonun tanınmasıdır”. Putinin rəyinə görə, bu məsələnin həlli ola bilərdi.
Bundan başqa, hər iki tərəfdən, həm Azərbaycan, həm də erməni qaçqınlarının öz doğma yurdlarına qayıtması mütləq şərt idi. Bu, beynəlxalq humanitar hüququn şərtsiz tələbidir.
O təəssüflə qeyd edib ki, danışıqlar zamanı qeyd olunan təkliflərin bazasında məsələnin həllinə demək olar ki, yaxınlaşarkən, gah bir, gah da digər tərəfdən öhdəsindən gələ bilinməyən maneələr meydana çıxırdı.
“Nəticədə, məsələ qanlı, açıq desək, hərbi münaqişəyə çevrildi, biz hamımız bunun şahidi olduq”, - dövlət başçısı vurğulayıb. **