Türkiyə hər zaman Dağlıq Qarabağda həll üzrə beynəlxalq səylərin iştirakçısı olub, onu beynəlxalq hüququ pozmaqda ittiham etmək olmaz. Bunu Rusiya prezidenti Vladimir Putin deyib.
“Türkiyə əvvəlcədən ATƏT-in Qarabağ nizamlanması üzrə Minsk qrupunun üzvü olub, beləliklə o beynəlxalq həll mexanizminin daxilində idi”, - Putin Rossiya-24 telekanalına müsahibəsində bildirib.
“İstənilən qiyməti vermək olar, lakin Türkiyəni beynəlxalq hüququ pozmaqda ittiham etmək çətindir”, - o əlavə edib.
Prezident xatırladıb ki, ATƏT-in Minsk qrupunun həmsədrləri Rusiya, Fransa və ABŞ-dır, lakin bura 11 dövlət daxildir. **