Oktyabrda atəşin dayandırılması üçün qaçqınların, həmçinin Şuşaya qayıtması Azərbaycan prezidenti İlham Əliyevin mütləq şərti idi, lakin Ermənistan bunu qəbuledilməz hesab etdi. Bunu RF prezidenti Vladimir Putin deyib.
“19-20 oktyabr tarixlərində mənim həm prezident Əliyev, həm də baş nazir Paşinyanla silsilə telefon danışıqlarımız baş tutdu. O zaman Azərbaycan Silahlı Qüvvələri Qarabağın cüzi cınub hissəsinə nəzarəti qaytarmışdı. Bütövlükdə, prezident Əliyevi inandıra bildim ki, hərbi əməliyyatları dayandırmaq olar, lakin onun tərəfindən qaçqınların, həmçinin Şuşa şəhərinə qayıtması mütləq şərt idi”, - Putin KİV-in suallarına cavabında bildirib.
“Lakin gözlənilmədən mənim üçün erməni tərəfdaşlarımızın mövqeyi elə formalaşdırılmışdı ki, bu onlar üçün qəbuledilməzdir, baş nazir Paşinyan açıq şəkildə mənə bildirdi ki, bu məsələdə Ermənistan və Qarabağın maraqları üçün təhlükə görür”, - o qeyd edib.
Prezidentin sözlərinə görə, ona “indi də aydın deyi ki, lbu təhlükənin nədən ibarət ola bilərdi”. **