Qarabağla əlaqədar vəziyyətdə Rusiya ona əsaslanırdı ki, güclərin balansına riayət etmək lazımdır. Bunu RF prezidenti Vladimir Putin deyib və əmin edib ki, Ermənistan özünü tərk edilmiş hiss etməyib.
“Ermənistanın özünü tək hiss etməməyinə gəlincə isə, sizi əmin edirəm ki, Rusiya Federasiyası həm çəıxtərəfli, həm də ikitərəfli öhdəliklər çərçivəsində, o cüçlədən hərbi-texniki əməkdaşlıq sahəsində öz öhdəliklərini tam yerinə yetirib, buna görə Ermənistan rəhbərliyi, həmçinin baş nazir Nikol Paşinyanın simasında dəfələrlə minnətdarlığını ifadə edib və vurğulayıb ki, Rusiya, lüzumsuz yerə təkrar etdiyimə görə üzr istəyirəm, öhdəliklərinə tam uyğun olaraq, bu sahədə bütün öhdəliklərini icra edir”, - Putin Rossiya-24 telekanalının efirində bildirib. **