Çərşənbə axşamı Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatları Azərbaycan türk hərbçilərinin göndərilməsinio nəzərdə tutan qanunu qəbul ediblər. Bu barədə Anadolu agentliyi məlumat verir.
“Türkiyə parlamenti Azərbaycana hərbi qulluqçuların göndərilməsi barədə qanunu qəbul edib”, - agentlik yazır.
Öncə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Azərbaycana hərbi qulluqçular göndərmək niyyətindədir və parlamentdən bu qərarı təsdiq etməyi xahiş edib.
Həmin hərbi qulluqçuların Dağlıq Qarabağ münaqişə zonasında atəşkəs rejiminin riayət olunmasına dair nəzarət üzrə Rusiya ilə birgə mərkəzin fəaliyyətində iştirakı nəzərdə tutulur.
Missiyanın çərçivələri, personalının sayını Türkiyə prezidentinin administrasiyası müəyyən edəcək.
Türkiyə Konstitusiyasının 92-ci maddəsinə əsasən, mandatın müddəti bir il müəyyən edilib. **