Vaşinqton Ermənistanla Azərbaycan arasında hərbi əməliyyatların dayandırılmasını alqışlayır. Bu barədə Tbilisidə səfərdə olan ABŞ dövlət katibi Mayk Pompeonun bəyanatında deyilir.
Pompeonun bəyanatı çərşənbə axşamı ABŞ-ın Gürcüstandakı səfirliyi yayıb.
Bəyanatda qeyd olunur ki, ABŞ Dağlıq Qarabağda meydana gələn fövqəladə humanitar vəziyyətə cavab olaraq yardım ayıracaq.
“Hərbi əməliyyatlar başlanandan ABŞ təcavüzün dayandırılmasına çağırıb dinc əhali arasında da daxil olmaqla çoxsaylı itkilərə səbəb olan hərbi gərginliyi pisləyib”, - bəyanatda deyilir.
Pompeonun sözlərinə görə, ABŞ bütün tərəfləri beynəlxalq humanitar hüquq daxil olmaqla, beynəlxalq hüquq üzrə öhdəliklərə hörmətlə yaaşmağa çağırıb.
Həmçinin, o qeyd edib ki, hərbi əməliyyatların dayandırılması Dağlıq Qarabağda münaqişənin sülh yolu ilə həlli üçün “sadəcə ilk addımdır”. **