Bu gün Moskvada ATƏT-in Minsk qrupunun həmsədrlərinin görüşü keçiriləcək. Bu barədə RF XİN məlumat yayıb.
"Rusiya tərəfdən görüşü xüsusi tapşırıqlar üzrə səfir İqor Popov keçirir", - deyə məlumatda qeyd olunur.
Daha əvvəl Fransanın xarici işlər naziri Jan-İv Lö Drian həmsədrlərin Moskvada Dağlıq Qarabağda vəziyyətlə bağlı məsləhətləşmələr aparacaqlarını bildirmişdi.*