2020-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan 21 milyon 506,5 min ton neft ixrac edib ki, bu da 2019-cu ilin analoji dövrünün göstəricisindən 8,2% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
Hesabat dövründə Azərbaycandan ixrac edilən neftin ümumi dəyəri $6 milyard 349 milyon 851,5 min (azalma 41,5%) təşkil edib.
2020-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan 9 milyard 764,9 milyon kubmetr (artım 12,4%) qaz ixrac edib. Hesabat dövründə ixrac edilmiş qazın ümumi dəyəri $2 milyard 126 milyon 834,8 min (artım 17%) təşkil edib.
Xəbər verildiyi kimi, 2019-cu ildə Azərbaycan $14 milyard 447 milyon 114 min məbləğində 31 milyon 238 min ton neft, $2 milyard 569 milyon 583,3 min məbləğində 12 milyard 210,2 milyon kubmetr qaz ixrac edib.
Hazırda Azərbaycan qazı Gürcüstan və Türkiyəyə ixrac edilir.*
N.Abbasova