2020-ci ilin yanvar-sentyabr aylarında Azərbaycana 968,2 min ton buğda idxal edilib ki, bu da 2019-cu ilin müvafiq dövrünün göstəricisindən 13% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Respublikaya idxal edilmiş buğdanın ümumi dəyəri $206 milyon 340,3 min (azalma 14,3%) təşkil edib.
Hesabat dövründə Azərbaycana $84 milyon 187,1 min dəyərində (azalma 6,8%) 247,1 min ton şəkər xammalı və şəkər (artım 2%), $88 milyon 892,6 min dəyərində (artım 14,8%) 101,5 min ton bitki yağı (azalma 0,2%), $42 milyon 201,1 min dəyərində (artım 9,4%) 10,336 min ton çay (artım 4,5%), $62 milyon 724,2 min dəyərində (artım 25,9%) 12,716 min ton kərə yağı və süddən hazırlanmış digər yağlar (artım 29,2%) idxal edilib.
Yanvar-sentyabr aylarında respublikaya $27 milyon 653,4 min dəyərində (artım 41,5%) 7,328 min ton iribuynuzlu heyvan əti (artım 18,8%), $26 milyon 844,6 min dəyərində (azalma 15,2%) 23,061 min ton quş əti və quş əti məhsulları (azalma 16,5%) idxal edilib.
Hesabat dövründə Azərbaycana $85 milyon 334,6 min dəyərində (artım 4,3%) 93,068 min ton meyvə (artım 14,7%), $12 milyon 535,7 min dəyərində (artım 45,7%) 21,847 min ton tərəvəz (artım 32,3%), $28 milyon 168,3 min dəyərində (azalma 1,1%) 104,3 min ton kartof (azalma 4,6%) idxal edilib.
9 ay ərzində ölkədən $180 milyon 921,3 min dəyərində (artım 13,9%) 181,1 min ton tərəvəz (artım 5,7%), $183 milyon 983 min dəyərində (azalma 8,7%) 129,6 min ton meyvə (azalma 13,3%) ixrac edilib.
Bundan başqa, qeyd olunan dövrdə Azərbaycandan $12 milyon 372,1 min dəyərində (azalma 46,4%) 29,276 min ton şəkər (azalma 45,2%), $8 milyon 466,3 min dəyərində (artım 43,8%) 9,996 min ton bitki yağı (artım 48,4%) ixrac edilib.
Cari ilin yanvar-sentyabr aylarında Azərbaycan $11 milyon 438,7 min dəyərində (аrtım 40,5%) 8,2 min ton meyvə və tərəvəz şirələri (artım 13,8%), $2 milyon 783,8 min dəyərində (azalma 47,4%) 167 min dekalitr təbii üzüm şərabları və üzüm suslosu (azalma 58,5%), $5 milyon 727,6 min dəyərində (azalma 1,4%) 4,978 min ton meyvə və tərəvəz konservləri (artım 6,2%), $8 milyon 373,2 min dəyərində (azalma 15,5%) 3,404 min ton tütün (azalma 27,7%) ixrac edib.*
B.Rüstəmbəyov