İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Sumqayıt Texnologiyalar Parkında (STP) iki yeni müəssisəni qeydiyyata alıb.
"STP Aluminium" MMC noyabrın 17-də dövlət qeydiyyatına alınıb. Şirkətin rəsmi nümayəndəsi Rauf Atakişiyev, nizamnamə kapitalı 100 min manatdır.
"STP Metal Structures" MMC oktyabrın 6-da qeydiyyata alınıb. MMC-nin nizamnamə kapitalı 100 min manat, rəsmi nümayəndəsi Fərid Ağayevdir.
Sumqayıt Texnologiyalar Parkı energetika sahəsində obyektlərin tikintisi ilə məşğul olan “Azenco” şirkətinin strukturuna daxildir. Parkın sahəsi 250 hektardır.
STP-nin ərazisində 12 zavod, 30-dan çox istehsal meydançası fəaliyyət göstərir.*
Ə.Məmmədov