Federasiya Şurasının Rusiya prezidentinə xaricdəki vəzifələrin yerinə yetirilməsi üçün qoşun göndərmək hüququ verən qərarı qüvvədə qalır, Vladimir Putinin parlamentin yuxarı palatasına Dağlıq Qarabağla bağlı bugünkü müraciəti Rusiya hərbçilərinin sülhməramlı missiyasının müddəti ilə əlaqədar olub. Bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Federasiya Şurasının 2015-ci il tarixli qərarı olub və bu qərar prezident tərəfindən bu cür operativ qərarların qəbul edilməsi üçün hüquqi baza olub və olmağa davam edir", - deyə Peskov bildirib.*