Azərbaycanda koronavirus infeksiyasına daha 2 239 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 81 min 397-yə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 25 nəfər vəfat edib, ölənlərin ümumi sayı 1030 nəfərə çatıb.
Virusa yoluxmuş 58 min 111 nəfər (sutka ərzində +1217) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 22 min 256 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 134, ötən müddət ərzində isə ümumilikdə 1 milyon 549 min 568 test aparılıb.*
Ə.Məmmədov