2020-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana $304 milyon 631,84 min dəyərində əczaçılıq məhsulları idxal edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Cari ilin yanvar-oktyabr aylarında Azərbaycana $304 milyon 631,84 min dəyərində (artım 29,2%) 18 min 749,54 ton (artım 44,3%) əczaçılıq məhsulları idxal edilib.
2020-ci ilin oktyabr ayında ölkəyə $33 milyon 490,6 min dəyərində 1 min 812,7 ton əczaçılıq məhsulları idxal edilib.
2019-cu ildə Azərbaycana $296 milyon 531,79 min dəyərində 16 min 526,55 ton əczaçılıq məhsulları idxal edilib.*
N.Abbasova