Azərbaycann baş naziri Əli Əsədov və Rusiya hökumətinin sədri Mixail Mişustin telefon danışığı zamanı Cənubi Qafqazda nəqliyyat əlaqəsinin normallaşdırılması ilə bağlı qərarlar nəzərə alınmaqla dəmir yolu infrastrukturunun inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparıblar. Bu barədə RF hökumətinin mətbuat xidmətindən məlumat verilib.
Tərəflər hökumət xətti ilə ikitərəfli əlaqələrin qrafikini və Azərbaycanla Rusiya arasında ticari-iqtisadi əməkdaşlığın inkişafı ilə bağlı aktual məsələləri müzakirə ediblər.
Məlumata görə, hökumət başçıları sənaye, kənd təsərrüfatı maşınqayırması, əczaçılıq və digər sahələrdə birgə layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetiriblər.*