Noyabrın 21-dən Azərbaycanda maskalardan istifadə məcburi hesab olunur. Bu barədə Operativ Qərargah məlumat verib.
“21 noyabr tarixindən etibarən xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda müvafiq qaydada tibbi maskalardan istifadə məcburi hesab olunur”,- məlumatda qeyd olunur.
Həmçinin, vurğulanır ki, müvafiq yerlərdə tibbi maskadan istifadə olunmaması və ya tələb olunan normalara uyğun taxılmaması qanunla müəyyən edilmiş qaydada məsuliyyət yaradır. **