Cümə axşamı rusiyalı sülhməramlılar Qarabağda Azərbaycanın hərbi qulluqçularının bir qrupunu müşayiət ediblər. Bu barədə RF Müdafiə Nazirliyinin rəsmisi İqor Konaşenkov məlumat verib.
“Noyabrın 19-da rusiyalı sülhməramlılarından ibarət patrullar Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının olduğu 5 avtomobilin Şuşa yaşayış məntəqəsindən Füzuli rayonu ərazisinə təhlükəsiz hərəkətini təmin ediblər”, - Konaşenkov cümə axşamı brifinqdə bildirib. **