Ermənistan hökumətinin Dağlıq Qarabağa müharibəyə könüllüləri göndərmək cinayətkar qərar idi. Bunu ötən çərşənbə günü Ermənistanın baş hərbi inspektoru vəzifəsindən istefaya gedən general-polkovnik Movses Akopyan bu gün bəyan edib.
“Cinayət törədilib. Müharibənin 3-cü günü ölkə rəhbərliyi (baş nazir Nikol Paşinyan - İF) səfərbərliyi dayandırıb, könüllüləri ön cəbhəyə göndərmək qərarına gəldi. Bu qərarın əsaslandırılması mənə məlum deyil. Qarabağda səfərbərlik 78%, Ermənistanda – 52% həyata keçirilib. Bundan başqa, tam məxfi qaydada 5 polk ixtisar edilib”, - Akopyan İrəvanda mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, könüllülər özləri hara getmək istədiklərini qərara alırdılar, komandanlığın güvvələrin bölgüsü düzgün olmayıb.
“Müharibənin 5-ci günü 1500 nəfər fərarilik edib, onları təcrid ediblər ki, Ermənistana qayıtmasınlar və panika yaratmasınlar. Onları öncədən düzgün yerə göndərməyiblər”, - Akopyan qeyd edib. **