Dağlıq Qarabağda atəşkəs rejiminə riayət olunur, rusiyalı sülhməramlılar 23 müşahidə postunda vəziyyətin fasiləsiz monitorinqini həyata keçirirlər. Bu barədə RF Müdafiə Nazirliyinin rəsmisi İqor Konaşenkov məlumat verib.
“Təmas xətti boyu atəşkəs rejiminə riayət olunur”, - Konaşenkov bəyan edib.
Onun sözlərinə görə, rusiyalı sülhməramlıların nəzarəti altında Laçın dəhlizi ilə əhalinin və mülki avtomobillərin təhlükəsiz hərəkəti həyata keçirilir. **