S&P Global Ratings Beynəlxalq reytinq agentliyi bu yaxınlarda razılşadırılan atəşkəsə baxmayaraq, Dağlıq Qarabağ münaqişəsinin mümkün siyasi həllini görmür.
“Zənnimizcə, Ermənistan hökuməti qarşısında duran çağırışların güclənməsi, üçtərəfli sazişə qarşı daxili etirazlar fonunda Rusiyanın vasitəçiliyi ilə imzalanan atəşkərin reallaşdırılması üçün risklər yarada bilər. Son həftələr ərzində atəşin dayandırılması ilə bağlı əvvəlki üç uğursuz cəhddən fərqli olaraq, son sazişə indiyədək riayət olunur. Buna baxmayaraq, hesab edirik ki. Atəşkəsin davamlı və tam riayət olunması üçün risklər qalır”, - “İnterfaks-Azərbaycan”ın məlumatına görə, bunu S&P qeyd edir.
Agentlik bildirir ki, Azərbaycan iqtisadiyyatı COVİD-19-un nəticələri və cari ilin əvvəlində neftin qiymətinin ucuzlaşmasına görə zəifləyib.
“Risklərin pisləşməsini nəzərə alaraq, gözləyirik ki, 2020-ci və 2021-ci illərdə Azərbaycanın ümumi büdcəsinin kəsiri 2019-cu ildə 11% profisit ilə müqayisədə müvafiq olaraq ÜDM-in 6,5%-ni və 1,5%-ni təşkil edəcək. Düşünürük ki, bu il iqtisadiyyatın kəskin təxminən 7% azalmasından sonra real EDM yalnız 2021-ci ildə tədricən bərpa olunacaq”, - hesabatda deyilir. **
Ə.Məmmədov