İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti inzibati binanın cari təmir işləri üçün podratçı seçiminə dair tenderin qalibini myən edib.
“Tenderin qalibi "İdeal TM” Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Şirkətlə 112 971,62 manat məbləğində müqavilə bağlanıb”, - tender komissiyasından qeyd ediblər.
"İdeal TM” Dövlət Vergi Xidmətinin akademik Lev Landau küçəsi, 16 ünvanında yerləşən inzibati binasında cari təmir işlərini yerinə yetirəcək. **
Ə.Məmmədov