Dağlıq Qarabağda Rusiyanın humanitar mərkəzinin əsas heyəti cümə günü, noyabrın 20-də fəaliyyətə başlayacaq. Bu barədə RF Milli Müdafiə İdarəetmə Mərkəzindən məlumat verilir.
“Noyabrın 19-da idarələrarası humanitar reaksiya mərkəzinin təşkilat heyəti hərbi-nəqliyyat aviasiyasının təyyarələri ilə Dağlıq Qarabağa gətirilib və noyabrın 20-dən təxirəsalınmaz tədbirlərin icrasına başlayacaq”, - Mərkəzin məlumatında deyilir.
RF-nin müdafiə naziri Sergey Şoyqunun göstərişinə əsasən, Rusiyanın idarələrarası humanitar reaksiya mərkəzində əlavə 5 struktur formalaşdırılıb: humanitar minalardan təmizlənmə mərkəzi, münaqişə tərəflərinin barışıq mərkəzi, nəqliyyat ilə təchizat mərkəzi, tibbi təchizat mərkəzi, ticari-məişət təminat mərkəzi. **