RF XİN başçısı Sergey Lavrov fransalı həmkarı Jan-İv Lö Driana Dağlıq Qarabağda rusiyalı sülhməramlı qüvvələrin iştirak parametrlərini izah edib. Bu barədə RF XİN-dən məlumat verilir.
Cümə axşamı yayılan məlumatda qeyd olunur ki, nazirlər arasında söhbət noyabrın 19-da baş tutub.
“Lavrov rusiyalı sülhməramlı qüvvələrin iştirak parametrlərini, həmçinin İdarələrarası humanitar reaksiya mərkəzinin fəaliyyətini izah edib”, - məlumatda deyilir. **