2020-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan $15 milyon 686,95 min məbləğində 20,087 min ton təzə xurma ixrac edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
“2019-cu ilin yanvar-sentyabr aylarında Azərbaycan $20 milyon 506,22 min məbləğində 27,07 min ton xurma ixrac edib. Beləliklə, ötən ilin müvafiq dövrü ilə müqayisədə xurma ixracı miqdar ifadəsində 25,8%, dəyər ifadəsində 23,5% azalıb”, - deyə məlumatda bildirilir.
Bu məhsulun əsas ixrac həcmi Rusiyanın payına düşüb. Belə ki, cari ilin yanvar-sentyabr aylarında Rusiyaya $15 milyon 11,91 min məbləğində 18,277 min ton təzə xurma ixrac edilib. Ümumilikdə, bu dövrdə Azərbaycandan təzə xurma ixracının 91%-i RF-nin payına düşüb.
2019-cu ildə Azərbaycan $104 milyon 659,84 min məbləğində 146,075 min ton təzə xurma ixrac edib. Bu məhsulun əsas ixrac həcmi Rusiyanın payına düşüb. Belə ki, ötən il Rusiyaya $95 milyon 277,23 min məbləğində 118,076 min ton xurma ixrac edilib.*
B.Rüstəmbəyov