İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti vəzifəli şəxslər üçün geyim formasının tikilməsinə 820 min manatdan çox vəsait yönəldəcək.
www.tender.gov.az saytında dərc olunmuş məlumata görə, Dövlət Vergi Xidməti “Evim Tekstil” MMC ilə tanınma nişanları, vəzifəli şəxslərin xüsusi geyim forması və fərqləndirmə nişanlarının satın alınması haqqında müqavilə bağlayıb.
Müqavilənin dəyəri 820 min 502,76 manatdır.*
Ə.Məmmədov