Milli Məclisin sədri Sahibə Qafarova hesab edir ki, Parisin Dağlıq Qarabağla bağlı mövqeyi Fransanın ATƏT-in həmsədri kimi mandatına uyğun deyil.
"Fransa münaqişənin ilk günlərindən qərəzli mövqe tutub. Fransa Senatı Azərbaycan ərazisindəki qeyri-qanuni qurumla bağlı bəyanata baxılmasını təklif edib. Hesab edirəm ki, Fransanın bütün bu hərəkətləri onun beynəlxalq öhdəliklərinə ziddir", - deyə Qafarova bu gün parlamentin iclasında bildirib.
İclasda bir sıra deputatlar Fransanın Dağlıq Qarabağla bağlı mövqeyini tənqid ediblər. Onlar Azərbaycanın bu ölkədəki səfirinin məsləhətləşmələr üçün geri çağırılması, Fransa ilə iqtisadi və siyasi münasibətlərin məhdudlaşdırılması ilə bağlı təkliflər irəli sürüblər.*
B.Rüstəmbəyov