Azərbaycan Mərkəzi Bankı (AMB) noyabrın 23-də depozit hərracı keçirəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
"Mərkəzi Bank noyabrın 23-də keçirəcəyi depozit hərracında 14 gün müddətinə 100 milyon manat cəlb etməyi nəzərdə tutur. Cəlb olunan məbləğ maksimum 20% artırıla bilər”, - deyə məlumatda bildirilir.
Cəlb olunan vəsaitlər üzrə faiz dərəcəsi 6,01%-6,49% təşkil edir.
AMB depozit hərraclarının keçirilməsinə 2016-cı ilin iyun ayında başlayıb.*
Ə.Məmmədov