Azərbaycan 2020-ci ilin yanvar-sentyabr aylarında İtaliyaya 8 milyon 446 min 361,4 ton neft ixrac edib ki, bu da 2019-cu ilin analoji dövrünün göstəricisindən 1,2% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
İtaliyaya ixrac edilmiş neftin dəyəri $3 milyard 82 milyon 587,84 min (azalma 26,1%) təşkil edib.
Cari ilin yanvar-sentyabr aylarında Azərbaycandan neft ixracının 38,7%-i İtaliyanın payına düşüb.
Hesabat dövründə Azərbaycan neftinin ən iri alıcıları sırasına Çin ($386 milyon 274,02 min dəyərində 2 milyon 58 min 942,7 ton), Xorvatiya ($368 milyon 420,66 min dəyərində 1 milyon 307 min 990,7 ton), Hindistan ($410 milyon 123,19 min dəyərində 1 milyon 190 min 58,9 ton), Yunanıstan ($403 milyon 685,77 min dəyərində 1 milyon 144 min 149,1 ton), İsrail ($380 milyon 390,53 min dəyərində 983 min 863,52 ton), Ukrayna ($240 milyon 951,35 min dəyərində 935 min 663,67 ton) və İspaniya ($275 milyon 205,65 min dəyərində 842 min 504,99 ton) daxil olub.
Xəbər verildiyi kimi, 2020-ci ilin yanvar-sentyabr aylarında Azərbaycandan ixrac olunmuş $7 milyard 158 milyon 90,91 min dəyərində neftin bəyan edilmiş həcmi 21 milyon 832 min 533,3 ton təşkil edib.*
N.Abbasova