Azərbaycanda koronavirus infeksiyasına daha 3 169 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 87 min 163-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 26 nəfər vəfat edib, ölənlərin ümumi sayı 1079 nəfərə çatıb.
Virusa yoluxmuş 60 min 869 nəfər (sutka ərzində +1404) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 25 min 215 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 618, ötən müddət ərzində isə ümumilikdə 1 milyon 576,06 min test aparılıb.*
X.Nəsirzadə