Nazirlər Kabineti “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”na dəyişiklikləri təsdiq edib.
Hökumətin saytında dərc olunmuş sənədə əsasən, Azərbaycanda erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar da şəhid hesab ediləcək.
2020-ci il sentyabrın 27-dən noyabrın 9-na qədər Ermənistan silahlı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrini raket və artilleriya qurğularından atəşə tutması nəticəsində 94 mülki vətəndaş həlak olub.*
X.Nəsirzadə