İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif noyabrın 23-24-də Rusiya və Azərbaycana səfər edəcək. Bu barədə İran XİN-in məlumatında deyilir.
"Zərif Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar aparmaq üçün noyabrın 23-ü və 24-də Rusiya və Azərbaycana səfər edəcək. Gündəliyə, həmçinin regionda baş verən hadisələr və ikitərəfli əməkdaşlıq məsələləri də daxildir", - deyə məlumatda bildirilir.*