UNESCO Dağlıq Qarabağdakı tarixi abidələrin mühafizəsi məqsədi ilə Azərbaycan və Ermənistana kömək etməyə hazırdır və bölgəyə mütəxəssislərdən ibarət qrup göndərməyi planlaşdırır. Bu barədə təşkilatın baş direktoru Odre Azulenin bəyanatında deyilir.
“İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, noyabrın 18-də UNESCO-nun baş direktoru Ermənistan və Azərbaycan nümayəndələrini qəbul edib. Azule Dağlıq Qarabağ münaqişəsi zonasında və onun ətrafında atəşin və bütün hərbi əməliyyatların dayandırılması haqqında sazişin bağlanmasını alqışlayıb.
“Azule UNESCO tərəfindən texniki dəstəyin göstərilməsi üçün rəsmi şəkildə təklif göndərib. O, regionun mədəni irsinin effektiv mühafizəsi üçün ilkin şərt kimi ən əhəmiyyətli mədəni obyektlərin siyahısının tutulması məqsədilə maraqlı tərəflərin razılığı əsasında yerlərdə ilkin missiyanın həyata keçirilməsinə hazırlıq ifadə edib. UNESCO belə bir missiyanı həyata keçirmək üçün bütün maraqlı tərəflərlə işləyəcək. Minsk qrupunun həmsədrləri ilə ən yüksək səviyyədə məsləhətləşmələr başlayıb”, - deyə məlumatda qeyd olunur.*
A.Hüseynova