Hazırda Azərbaycan Silahlı Qüvvələri bölmələrin şəxsi heyəti və zirehli texnikasının Ağdam rayonu ərazisində dislokasiya olunması üçün tədbirlər həyata keçirir. Bu barədə Müdafiə Nazirliyinin məlumatında deyilir.
Noyabrın 20-də işğaldan azad olunan Ağdam rayonu tamamilə Azərbaycan Ordusunun nəzarəti altına keçib.
“Qoşunlarımızın bu istiqamətdə təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə ərazilər gecə saatlarında minalardan təmizlənib, mühəndis-istehkam işləri başa çatdırılıb, hərəkət marşrutu üzrə yollar istifadəyə hazır vəziyyətə gətirilib. Hazırda bölmələrimizin şəxsi heyəti və zirehli texnikasının ərazidə dislokasiya olunması üçün zəruri tədbirlər icra olunur”, - deyə məlumatda bildirilir.
Ağdam şəhərinin mərkəzində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb.*
R.Əhmədov