Dağlıq Qarabağ əhalisinə humanitar yardım Rusiya üçün prioritet təşkil edir. Bunu Rusiya prezidenti Vladimir Putin deyib.
"Hazırda hərbi əməliyyatlardan ciddi zərər çəkmiş bu bölgənin sakinlərinə dəstək və yardım göstərilməsi prioritet istiqamətdir", - deyə Putin Dağlıq Qarabağdakı Rusiya sülhməramlı missiyası ilə keçirilən müşavirədə bildirib.
O qeyd edib ki, bölgədə mövcud olan problemlərin həlli üçün qurumlararası humanitar yardım mərkəzi yaradılır. "Bilirəm ki, mərkəzin qarşısında duran vəzifələri nəzərə alaraq, hazırda onun ixtisaslaşmış bölmələri formalaşdırılır", - deyə RF prezidenti əlavə edib.*