Moskva və Ankara Rusiya-Türkiyə birgə Monitorinq Mərkəzinin fəaliyyəti ilə bağlı detalların razılaşdırılmasını başa çatdırır. Bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu məlumat verib.
"Azərbaycan ərazisində atəşkəsə və bütün hərbi əməliyyatların dayandırılmasına nəzarət üzrə Rusiya-Türkiyə birgə Mərkəzinin yaradılması haqqında memorandumun icrası çərçivəsində Türkiyə tərəfi ilə mərkəzin yerinin və icra edəcəyi vəzifələrin razılaşdırılması başa çatmaq üzrədir", - deyə Şoyqu bu gün RF prezidenti Vladimir Putinə məruzəsində bildirib.
Şoyqu əmin edib ki, hərbçilər tərəfindən həyata keçirilən tədbirlər regionda vəziyyəti sabitləşdirəcək.*