İlkin məlumatlara görə, 90 minə yaxın erməni Dağlıq Qarabağı tərk edərək Ermənistana gedib, həmçinin hərbi əməliyyatlar nəticəsində 45 minə yaxın azərbaycanlı bölgəni tərk edib. Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov məlumat verib.
"BMT-nin qaçqınlar üzrə komissarının xətti ilə köməyə ehtiyacı olan insanların sayı barədə dəqiq statistikanın tərtib edilməsi vacibdir. Söhbət Ermənistana getmiş təxminən 90 min nəfərdən və hərbi əməliyyatlar fonunda Dağlıq Qarabağın ətraf rayonlarını tərk etmiş təxminən 45 min azərbaycanlıdan gedir", - deyə o, bu gün Rusiya prezidenti Vladimir Putinin başçılığı ilə Dağlıq Qarabağdakı vəziyyətə dair keçirilən müşavirədə bildirib.
Nazir Moskvanın bu məsələ ilə bağlı beynəlxalq təşkilatların, ilk növbədə, BMT-nin qaçqınlar üzrə ali komissarının İdarəsinin köməyində maraqlı olduğunu vurğulayıb.*