30 mindən çox köçkün yaxın vaxtlarda Dağlıq Qarabağa qayıda bilər. Bunu Rusiyanın fövqəladə hallar naziri Yevgeni Ziniçev deyib.
"Hazırda Dağlıq Qarabağa xeyli sayda köçkünün gəlməsi gözlənilir, müxtəlif hesablamalara görə, onların sayı 30 min nəfərə çata bilər, eyni zamanda, mövcud infrastruktur təxminən 5000 nəfərin yerləşdirilməsinə imkan verir", - deyə Ziniçev bu gün Rusiya prezidenti Vladimir Putinin başçılığı ilə keçirilən müşavirədə bildirib.
Onun sözlərinə görə, qalan əhalinin yerləşdirilməsi üçün müxtəlif variantlar, o cümlədən yaşayış modullarının tikintisi işlənib hazırlanır.*