Rusiya sərhədçiləri Ermənistan tərəfinin xahişi ilə Ermənistan və Azərbaycan sərhədində əlavə qüvvələr yerləşdirəcək. Bu barədə RF FTX-nin direktoru Aleksandr Bortnikov məlumat verib.
"Ermənistan Respublikasının sərhəd təhlükəsizliyinin, Dağlıq Qarabağda sülhün qorunması tədbirlərinin təmin edilməsi məqsədilə qəbul edilmiş qərara uyğun olaraq və Ermənistan tərəfinin xahişi ilə FTX-nin Ermənistan Respublikasındakı Sərhəd İdarəsi tərəfindən 188 hərbi qulluqçudan ibarət əlavə ehtiyat və lazımi sayda texnika ayrılıb. Sərhədçilər Ermənistan və Azərbaycan sərhədində qurulan postlarda əlavə qüvvələr yerləşdirəcəklər", - deyə Bortnikov bu gün Rusiya prezidentinin Dağlıq Qarabağdakı Rusiya sülhməramlı missiyası ilə keçirdiyi müşavirədə bildirib.
Onun sözlərinə görə, Azərbaycan tərəfinə bununla bağlı məlumat verilib, tərəfdaşlarla zəruri qarşılıqlı fəaliyyət təşkil olunub.*