Azərbaycan Prezidenti İlham Əliyev Dağlıq Qarabağda dini obyektlərə girişi təmin etməyə hazırdır.
"İlham Heydər oğlu ilə söhbət zamanı o bildirib ki, Azərbaycan hökuməti hər şeyi nəzarətə götürəcək və həm Ermənistan, həm də Azərbaycan nümayəndələrinin dini obyektlərə girişini təmin edəcək", - deyə RF prezidenti Vladimir Putin bu gün Dağlıq Qarabağdakı Rusiya sülhməramlıları ilə keçirilən onlayn müşavirədə bildirib.
O qeyd edib ki, Rusiya sülhməramlıları hər iki tərəflə təmas şəraitində vətəndaşların dini obyektlərə girişi üçün lazımi iş rejimi qurmalıdır.*