Rusiya sülhməramlıları Dağlıq Qarabağda ayrı-ayrı kiçik insidentlər qeydə alırlar, lakin atəşkəs rejiminə əməl olunur. Bunu Rusiya sülhməramlı kontingentinin komandanı Rüstəm Muradov deyib.
"Atəşkəs rejiminin pozulması və təxribatlar qeydə alınmayıb. Ayrı-ayrı kiçik insidentlər yerlərdə sülhməramlı kontingentin nümayəndələri tərəfindən nizamlanır", - deyə o, RF prezidenti Vladimir Putinin keçirdiyi müşavirədə bildirib.
Muradov qeyd edib ki, Rusiya kontingenti sülhməramlı əməliyyatın keçirildiyi zonada Ermənistan və Azərbaycan nümayəndələri ilə qarşılıqlı əlaqə yaradıb.
"Dağlıq Qarabağın ərazisi iki məsuliyyət zonasına bölünüb. "Şimal" zonasında 11 müşahidə postunda 15-ci motoatıcı briqadanın birinci batalyonu, "Cənub" zonasında, Laçın dəhlizində 12 postda ikinci batalyon tapşırıqları icra edir", - deyə Muradov əlavə edib.
"Müşahidə postları bütün rabitə növləri ilə ilə təmin edilib. Vəziyyətə nəzarət etmək üçün fasiləsiz rejimdə pilotsuz uçuş aparatları tətbiq edilir", - deyə general bildirib.*