Ermənistan Dağlıq Qarabağda atəşkəs razılaşmasına tam sadiqdir. Bunu RF xarici işlər naziri Sergey Lavrov deyib.
"Hamı etiraf etdi ki, bu bəyanat bir neçə həftə əvvəl son dərəcə kəskin xarakter almış vəziyyətin nizamlanmasının alternativsiz yoludur", - deyə nazir bu gün İrəvanda jurnalistlərə bildirib.
Lavrov qeyd edib ki, ölkə daxilində və xaricində bəyanatı şübhə altına qoymaq cəhdlərinin qəbuledilməz olduğu yekdilliklə vurğulandı. Ermənistan baş naziri və prezidenti bu bəyanatın ciddi problemləri həll etdiyini, insanların həyatını xilas etdiyini bildirdilər.
“Onlar bəyanatın bundan sonra da icrasına tam sadiqdirlər”, - deyə o əlavə edib.*