Rusiyanın qurumlararası nümayəndə heyəti bu gün Bakıya gəlib.
Rusiya nümayəndə heyətinə xarici işlər naziri Sergey Lavrov, “Rospotrebnadzor”un rəhbəri Anna Popova, səhiyyə naziri Mixail Muraşko, baş nazirin müavini Aleksey Overçuk və baş nazirin yanacaq-energetika məsələlərinin kurasiyası ilə məşğul olan müavini Aleksandr Novak daxildir.*