Azərbaycanda koronavirus infeksiyasına daha 2 735 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 89 min 898-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 28 nəfər vəfat edib, ölənlərin ümumi sayı 1107 nəfərə çatıb.
Virusa yoluxmuş 62 min 243 nəfər (sutka ərzində +1 374) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 26 min 548 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 16 220, ötən müddət ərzində isə ümumilikdə 1 milyon 592,28 min test aparılıb.*
B.Rüstəmbəyov