Azərbaycanda koronavirus infeksiyasına daha 3 196 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 93 min 94-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib, ölənlərin ümumi sayı 1131 nəfərə çatıb.
Virusa yoluxmuş 63 min 841 nəfər (sutka ərzində +1 598) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 28 min 122 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 175, ötən müddət ərzində isə ümumilikdə 1 milyon 607,455 min test aparılıb.*
B.Rüstəmbəyov