Dekabrın 23-də “Unibank” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. Bu barədə bankdan məlumat verilir.
“Dekabrın 23-nə səhmdarların növbədənkənar ümumi yığıncağı çağırılıb. Yığıncaqda bankın yeni korporativ sənədlərinin təsdiqi və təşkilatı və digər məsələlərin müzakirəsi planlaşdırılır”, - məlumatda qeyd olunur.
2020-ci ilin iyun ayında Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) “Unibank”dakı 9% payını satıb. AYİB bankın kapitalındakı 9% payı “Unibank”ın əsas səhmdarı Eldar Qəribova satıb. Nəticədə E.Qəribovun payı 77,3839%-dən 86,3839%-ə yüksəlib. Hazırda bankın səhmdarları sırasına fiziki (6,0157%) və hüquqi şəxslər (7,6004%) də daxildir.
Bankın nizamnamə kapitalı 125 milyon 686,356 min manat səviyyəsində qalıb. Nizamnamə kapitalı hər birinin nominal dəyəri 2,72 manat olan 46 milyon 208,219 min ədəd səhmə bölünüb.
«Unibank» ASC 2002-ci ilin oktyabr ayında yaradılıb və respublikanın aparıcı banklarının onluğuna daxildir.**
Ə.Məmmədov