Ermənistanın müdafiə nazirinin müavini Qabriel Balayan tutduğu vəzifədən azad edilib. Bu barədə Ermənistan parlamentinin müdafiə üzrə komissiyasının rəhbəri Andranik Koçaryan məlumat verib.
“Balayan işdən çıxarılıb”, - Koçaryan itkin düşmüş erməni hərbi qulluqçuların valideynlərinə bildirib.
Öncə itkin düşmüş erməni hərbi qulluqçuların valideynləri Müdafiə Nazirliyinin binası qarşısında uşaqları barədə məlumat əldə etmək məqsədilə nazirliyin rəhbərliyi ilə görüş tələb ediblər. **