Azərbaycan cari il noyabr ayının sonuna qədər RF və Ukrayna vətəndaşları üçün çarter reysləri açacaq. Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportundan məlumat verilir.
“Noyabr ayının sonuna qədər Rusiya və Ukrayna vətəndaşlarının Azərbaycandan vətənlərinə qayıtması üçün çarter uçuşlarınabaşlanması nəzərdə tutulur”, - məlumatda deyilir.
Noyabrın 26-dan etibarən "Aeroflot" aviaşirkəti Bakı-Moskva marşrutu üzrə müntəzəm çarter reyslərini həyata keçirməyə başlayacaq. Uçuşlar həftədə iki dəfə - cümə axşamı və bazar günləri yerinə yetiriləcək.
Bundan əlavə, "SkyUp Airlines" aviaşirkəti 30 noyabr tarixində Ukrayna vətəndaşlarını vətənə qaytarmaq üçün Bakı-Kiyev çarter reysini həyata keçirəcək.
Məlumata əsasən, yalnız vətəndaşlığı və ya təyinat ölkəsinə giriş hüququ olan, eləcə də koronavirus (COVID-19) testindən keçərək mənfi nəticə alan sərnişinlər uçuşlara buraxılacaq. **
X.Nəsirzadə