Avropa Şurası (AŞ) Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılması ilə əlaqədar Azərbaycan, RF və Ermənistan liderləri arasında imzalanan üçtərəfli bəyanatı alqışlayır. Bu barədə Avropa Şurasının baş katibi Mariya Peyçinoviç-Buriç bəyan edib.
“Avropa Şurasının baş katibi Mariya Peyçinoviç-Buriç Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun məktubuna cavab olaraq Dağlıq Qarabağ üzrə Azərbaycan, Ermənistan və RF liderlərinin imzaladığı üçtərəfli bəyanatı alqışlayır”, - XİN-in məlumatında qeyd olunur.
O vurğulayıb ki, “Avropa Şurası sənədə riayət olunmaqla əlaqədar vəziyyəti izləməyə davam edəcək”. **
X.Nəsirzadə