Dağlıq Qarabağda atəşkəs rejiminə riayət olunur, 23 müşahidə postunda rusiyalı sülhməramlıları vəziyyətin monitorinqini davam etdirirlər. Bu barədə RF Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat verib.
“Təmas xətti boyu atə.kəs rejiminə riayət olunur”, - o bəyan edib.
Konaşenkov qeyd edib ki, rusiyalı sülhməramlılar Dağlıq Qarabağın erməni əhalisinin təhlükəsiz qayıdığını təmin etməyə davam edirlər.
Onun sözlərinə görə, sutkaərzində 2 min 334 nəfər Ermənistan ərazisindən Dağlıq Qarabağa qayıdıb. Noyabrın 14-dən ümumilikdə 11 mindən artıq erməni Dağlıq Qarabağa qayıdıb.
Konaşenkov əlavə edib ki, RF-nin sülhməramlıları və BQXK-nin koordinasiyası ilə həlak olanların cəsədlərinin dəyişdirilməsi davam edir. **